Dünya Bankı Azərbaycanda makroiqtisadi göstəricilərlə bağlı proqnozlarını açıqlayıb

Xəbər - Ləman Zeynalova – Trend:

2022-ci ildə Azərbaycanın ümumi daxili məhsulunun (ÜDM) real
artımı 2,7 faiz təşkil edəcək.

Trend-in
məlumatına görə, bu barədə Dünya Bankının Avropa və Mərkəzi Asiya
regionu üzrə hesabatında deyilir.

Proqnozlara əsasən, növbəti illərdə Azərbaycanda ÜDM-in artım
sürəti azalacaq.

2023-cü ildə bu göstərici 2,2 faiz, 2024-cü ildə 2,3 faiz
səviyyəsində proqnozlaşdırılır.

Dünya Bankı, həmçinin Azərbaycanda əmtəə və xidmət ixracının
2022-ci ildə 2,7 faiz, 2023-cü ildə 1,7 faiz, 2024-cü ildə 1,8 faiz
artacağını proqnozlaşdırır. Həmin müddət ərzində Azərbaycanın
idxalı müvafiq olaraq 2,6 faiz, 2,7 faiz və 2,7 faiz təşkil
edəcək.

“2022-ci ildə Azərbaycanda istehlak qiymətləri indeksi 9 faiz,
2023-cü ildə 6,6 faiz, 2024-cü ildə 6 faiz səviyyəsində
proqnozlaşdırılır”, – hesabatda deyilir.

(Tərcümə: Orxan Nəbiyev)

Teqlər: