Dünya Bankı Azərbaycan üçün yol xəritəsi hazırlayacaq

Dünya Bankı Azərbaycan üçün yol xəritəsi hazırlayacaq

Dünya Bankı Azərbaycanın geotermal potensialının qiymətləndirilməsi, bu istiqamətdə texniki və iqtisadi uyğunluğun dəyərləndirilməsi, gələcəkdə geotermal ehtiyatların və birbaşa istifadənin inkişafı üçün yol xəritəsinin hazırlanması məqsədilə məsləhət xidmətlərinə dair tender elan edib.

AzerTimes Dünya Bankına istinadən xəbər verir ki, tenderlə bağlı müraciətlər fevralın 8-dək qəbul ediləcək.

Məlumatda vurğulanıb ki, məsləhətçilər Azərbaycandakı geotermal ehtiyatlarla bağlı mövcud məlumatları nəzərdən keçirməli, mümkün məlumatları əldə etdikdə rezervuarın xüsusiyyətlərini (ölçüsü, forması, məhsuldarlığı, suyun səviyyəsi), resursların texniki və iqtisadi uyğunluğunu proqnozlaşdırmalıdırlar. Məsləhətçilərin hazırladığı yekun hesabat Azərbaycanda səlahiyyətli şəxslərin iştirakı ilə keçiriləcək seminarda təqdim ediləcək.

Qeyd edək ki, Dünya Bankı Azərbaycanla 30 illik əməkdaşlıq müddəti ərzində 52 layihəni maliyyələşdirilməsi üçün 4 milyard ABŞ dollarından çox zəmanətli kredit və 110-dan artıq texniki yardım və qrant layihələrinə təxminən 30 milyon ABŞ dolları həcmində vəsait ayırıb.

Teqlər: