Dünya Bankının İcraçı Direktorlar Şurası Azərbaycanda Məşğulluğa Dəstək Layihəsinin (AESP) genişləndirilməsi üçün 150 milyon ABŞ dolları məbləğində əlavə maliyyələşdirməni təsdiqləyib.
AzerTimes Report-a istinadla xəbər verir ki, məqsəd məcburi köçkünlərə, qadınlara, gənclərə və uzunmüddətli işsizlərə xüsusi diqqət yetirməklə onların özünüməşğulluq imkanlarını təşviq etməkdir.
“Son 3 ildə 5 mindən çoxu qadın olmaqla 15 min şəxs öz bizneslərinə başlamaq üçün bu aktivlərdən yararlanıb. Qiymətləndirmələrə əsasən, AESP iştirakçılarının 70 %-dən çoxu layihə tərəfindən təmin edilən aktivləri aldıqdan 24 ay sonra da işlərini davam etdiriblər. Bu uğura əsaslanaraq, bu gün təsdiqlənmiş maliyyələşdirmə mövcud məşğulluq proqramlarını və xidmətlərini genişləndirəcək və daha çox insana xidmət edəcək və AESP çərçivəsində biznesin davamlılığını təşviq etmək üçün uyğunlaşdıracaq və pilot olaraq sınaqdan keçirəcək”, – bankdan bildirilib.
Dünya Bankının Azərbaycan üzrə ölkə meneceri Steffi Stallmeister qeyd edib ki, Azərbaycan həssas qruplar üçün əmək bazarını yaxşılaşdırmaq üçün səylər göstərir:
“Ancaq, uyğunsuzluqlar, yüksək qeyri-rəsmi məşğulluq və qadınlar arasında yüksək işsizlik kimi problemlər hələ də qalmaqdadır. Bu layihə ölkədə daha inklüziv, özəl sektorun liderlik etdiyi iqtisadi artımı təmin etmək üçün əsas olan bu problemlərin həllinə kömək edir”.