Xəbər - Zeyni Cəfərov – Trend:
2021-ci ildə Azərbaycanda ümumi daxili məhsulun 2,8 faiz artımı proqnozlaşdırılır.
AzerTimes-ın məlumatına görə, bu barədə Dünya Bankının “Dünya iqtisadiyyatının perspektivləri” hesabatında deyilir.
Eyni zamanda, Azərbaycan iqtisadiyyatının 2022-ci ildə 3,9 faiz, 2023-cü ildə isə 3,4 faiz artımı gözlənilir.
Hesabatda qeyd olunur ki, Cənubi Qafqaz regionunun iqtisadiyyatı 2021-ci ildə 3,6 faiz, 2022-ci ildə 4,2 faiz artım nümayiş etdirəcək.
Dünya Bankı, həmçinin 2021-ci ildə dünya iqtisadiyyatının 5,6 faiz artım göstərəcəyini proqnozlaşdırır. Bu son 80 ildə ən yüksək artım tempi ola bilər.
(Tərcümə: Orxan Nəbiyev)