Dünya avtomobil istehsalının bərpa olunacağı müddət açıqlanıb

Xəbər - Sədrəddin Ağcayev – Trend:

Dünya avtomobil istehsalı və tədarükü bazarının bərpası 2022-ci ilin ikinci yarısında gözlənilir.

Trend-in məlumatına görə, bu barədə BCG beynəlxalq konsaltinq şirkətinin hesabatında deyilir.

Hesabatda qeyd olunur ki, 2021-ci ilin üçüncü və dördüncü rüblərində avtomobil istehsalçıları 3-5 milyon avtomobil az istehsal edəcək:

“Mikrosxem və digər detalların tədarük həcmləri bərpa olunmağa başlasa da, davam edən pandemiya öz təsirini göstərir. Biz mikroçiplərin beynəlxalq tələbatı tam ödəməyə 2022-ci ilin ikinci yarısında başlayacağını gözləyirik. Bu vəziyyət isə öz növbəsində elektrik nəqliyyatın inkişaf planlarına mənfi təsir göstərə bilər”.

Qeyd olunur ki, 2021-ci ilin birinci yarısında daha çox istehsal itkiləri ilə “Ford” (700 min avtomobil azalma), “Stellantis” (“Chrysler”, “Citroen”, “Dodge”, FIAT, “Jeep – 600 min azalma”) və “Renault-Nissan-Mitsubishi” (400 mindən çox azalma) şirkətləri ilə üzləşib.

Twitter: agdzhaev

(Tərcümə: Orxan Nəbiyev)