Dünənki partlayışda yaralananların durumu… – TƏBİB

Dünənki partlayışda yaralananların durumu… – TƏBİB

Ötən gün Bakıda sexdə baş verən partlayış-yanğınla əlaqədar TƏBİB-in tabeliyindəki tibb müəssisələrində 16 nəfərin müalicəsi davam etdirilir.

TƏBİB-dən AzerTimes-a bildirilib ki, hazırda Nərimanov Tibb Mərkəzinin nəzdində olan Yanıq Mərkəzində müalicə alan 12 nəfərdən 3-nün vəziyyəti ağır stabil, digərlərinin vəziyyətləri isə orta ağır olaraq qalır.

Qeyd olunub ki, Kliniki Tibbi Mərkəzin müvafiq şöbələrində isə 4 nəfərin müalicəsi davam etdirilir:

“Onlardan birinin vəziyyəti ağır stabil, digərlərinin vəziyyəti orta ağır qiymətləndirilir”.

Teqlər: