Dünən Laçında şəhid olan Anar Kazımovun anasının ölüm xəbəri həqiqəti əks etdirmir.
Bu sözləri AzerTimes-a Şəmkir rayon icra nümayəndəsi Elgün Seyidov deyib.
“Şəhidimizin anası sağ-salamatdır. Hazırda onların evindəyik. Yayılan xəbərlər sadəcə şayiədir”, – o bildirib.
Qeyd edək ki, sosial şəbəkələrdə dünən Laçında şəhid olan 2004-cü il təvəllüdlü Anar Kazımovun anasının oğlunun ölümünə dözməyərək vəfat etdiyi iddia olunub.