Dünən işdən çıxarılan DSMF sədrinə yüksək vəzifə verildi

Dünən işdən çıxarılan DSMF sədrinə yüksək vəzifə verildi

Sahir Kamil oğlu Rüstəmov Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabinetinə Aparat rəhbəri təyin edilib.

AzerTimes xəbər verir ki, bu barədə Naxçıvan Muxtar Respublikasının Baş naziri Ceyhun Cəlilov müvafiq sərəncam imzalayıb.

Qeyd edək ki, Sahir Rüstəmov bu təyinatadək Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun İdarə Heyətinin sədri vəzifəsində çalışıb. O ötən gün müvafiq əmrlə DSMF İdarə Heyətinin sədri vəzifəsindən azad edilib.

Teqlər: