Dünən iki qadın fiziki təzyiqə məruz qaldı

Dünən iki qadın fiziki təzyiqə məruz qaldı

Dünən 2 qadın fiziki zorakılığa məruz qalıb.

AzerTimes xəbər verir ki, bu barədə Azərbaycan Uşaqları İctimai Birliyinin sədri Kəmalə Ağazadə deyib.

O qeyd edib ki, qadının biri içki düşkünü olan atası və qardaşı tərəfindən 7 yaşlı övladının gözü qarşısında döyülüb və 37-ci polis bölməsi tərəfindən Sosial Xidmətlər Agentliyinin Sosial Sığınacağına yerləşdirilənədək müvəqqəti Azərbaycan Uşaqlar Birliyi-Uşaq Sığınacağı Reinteqrasiya Mərkəzində reabilitasiya keçəcək:

“Digər qadın da gecə saatlarında əri tərəfindən fiziki zorakılığa məruz qalaraq evdən qovulub. Qaradağ rayonu 10-cu Polis Bölməsində şikayət ərizəsi var, ekspertizadan da keçirilib. Hazırda mühafizə orderinin alınması üçün qadını Qaradag Rayon İcra Hakimiyyətinə yönləndirmişəm.

Hər iki qadına dəstək olmağı aidiyyəti qurumlardan – Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Bakı şəhər Baş Polis İdarəsi rəhbərləri və əməkdaşlarından rica edirəm”.

Teqlər: