Dünən Bakıya girişə və çıxışa cəhd edən 900 maşın geri qaytarılıb.
Baş Dövlət Yol Polisi İdarəsinin mətbuat katibi, polis polkovniki Kamran Əliyev açıqlamasında bildirib ki, Ələt-Astara, Bakı-Şamaxı və Bakı-Quba yollarında qurulan karantin postlarında hərəkətinə icazə verilməyən 900 nəqliyyat vasitəsinin sürücüsü aşkarlanıb:
“Rayonlardan gələn və Bakıya daxil olmağa çalışan 550 avtomobil rayonlara, eyni zamanda, Bakıdan rayonlara getmək istəyən 350 avtomobil postlarda yoxlamadan Bakıya geri qaytarılıb”.
Qeyd edək ki, 21 iyun – 5 iyul tarixlərində Bakı, Sumqayıt, Gəncə, Lənkəran, Cəlilabad, Masallı, Yevlax şəhərləri və Abşeron rayonunda sərt karantin rejimi tətbiq edilir.