Xəbər - Fərid Zöhrabov -Trend:
Hazırda ölkə ərazisində dumanlı hava şəraiti müşahidə
olunur.
Trend xəbər verir ki, Hidrometeoroloji Proqnozlar Bürosunun
direktoru Gülşad Məmmədova bildirib ki, duman sinoptik şəraitlə
əlaqədar gözlənilən atmosfer hadisəsidir.
“Xəzər dənizindən cənub-şərq axınları ilə rütubətli hava
kütlələrinin quruya doğru hərəkəti və inversiya qatı dumanın əmələ
gəlməsinə səbəb olub”.
G.Məmmədovanın sözlərinə görə, Naftalan, Şəmkir, Daşkəsən, Göygöl,
Şamaxı, Qobustan, Altıağac, Quba, Qusar, Xaçmaz, Xaltan, Yevlax,
Göyçay, Sabirabad, Hacıqabul, İmişli, Cəfərxan, Salyan, Neftçala,
Biləsuvar, Lənkəran, Lerik, Astara, Ağdam, Bakı və Abşeron
yarımadasında görünüş 50-500 metrədək məhdudlaşıb.
“Ölkə ərazisində dumanlı hava şəraiti martın 4-ü səhərədək davam
edəcək”.