Ermənistanın sürücülük vəsiqələrinin Rusiyada tanınması məsələsi ikitərəfli müzakirələrin gündəmindədir.
AzerTimes xəbər verir ki, bu barədə Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
“Ermənistan hakimiyyəti tərəfindən verilmiş sürücülük vəsiqələrinin Rusiya ərazisində tanınması məsələsi ikitərəfli müzakirələrin gündəmindədir”, – məlumatda deyilir.
Qeyd edək ki, Rusiyanın Dövlət Duması Ermənistan vətəndaşlarının sahibkarlıq və əmək fəaliyyəti ilə məşğul olduqda onların milli sürücülük vəsiqələrinin tanınması haqqında qanun layihəsinə baxılmasını qeyri-müəyyən müddətə təxirə salıb.