Amerikalı aktyor Dueyn Conson ABŞ-da keçiriləcək prezident seçkilərində Co Baydeni dəstəkləməyəcək.
AzerTimes xəbər verir ki, bu barədə o özü məlumat verib.
“İndi ABŞ-dakı vəziyyətdən razıyammı? Yox! Vəziyyət yaxşılaşacaqmı? Mən buna inanıram, optimist insanam və hər şeyin yaxşılaşacağına inanıram. Bir neçə il əvvəl Baydenə dəstəyimi bildirdim, çünki o vaxt mənim üçün ən yaxşı qərar olduğunu düşünürdüm… Bu il də eyni şeyi edəcəyəmmi? Cavab xeyrdir”, – Conson bildirib.