Çeçenistanın eks-prezidenti Cohar Dudayevin (1944-1996) qardaşı oğlu, 18 yaşlı Mansur Dudayev və çeçen müxalifətçilərin qohumları Türkiyədən deportasiya edilməyib.
AzerTimes xəbər verir ki, bu barədə Türkiyə Prezident Administrasiyası yanında Dezinformasiya ilə Mübarizə Mərkəzi məlumat yayıb.
“Müxtəlif elektron mediada spekulyasiya mövzusuna çevrilən fotoşəkillərin yoxlanılması nəticəsində onların Türkiyədəki deportasiya mərkəzlərinin heç birində çəkilmədiyi müəyyən edilib”, – məlumatda qeyd olunub.