Duda təzminat tələb etdi – Rusiyadan sərt cavab aldı

Duda təzminat tələb etdi – Rusiyadan sərt cavab aldı

Polşa liderinin bəyanatı faşizmi reabilitasiya edir. Həmçinin, Polşa xalqının azadlığı və müstəqilliyi uğrunda canlarından keçmiş keçmiş babalarımızın xatirəsini incidir.

AzerTimes xəbər verir ki, bunu Rusiya Dövlət Dumasının spikeri Vyaçeslav Volodin Teleqram kanalında yazıb.

“Nəzarət orqanlarının Andjey Dudanın bəyanatını öyrənməsi və cinayət məsuliyyətinə cəlb edilməsi üçün müvafiq tədbirlər görməsi doğru olardı”, – o bildirib.

Qeyd edək ki, Polşa Prezidenti Andjey Duda ötən gün İkinci Dünya müharibəsində SSRİ-nin də Polşaya hücum etdiyini bildirərək, Rusiyadan təzminat tələb edib.

Teqlər: