Dubaydan “iPhone” və qızıl gətirən azərbaycanlı İran gömrüyündə saxlanılıb

Xəbər - Elnur Bağışov – Trend:

İranın Astara gömrüyündə qanunsuz yolla 2,68 kq qızıl və 7 ədəd “iPhone 13” mobil telefonu keçirmək istəyən Azərbaycan vətəndaşı saxlanılıb.

AzerTimes-ın məlumatına görə, bunu İranın Gömrük Administrasiyasının sözçüsü Ruhulla Lətifi deyib.

R.Lətifinin sözlərinə görə, Birləşmiş Ərəb Əmirliyinin Dubay şəhərindən İrana keçən Azərbaycan vətəndaşı İranın Astara gömrüyündə yoxlanılıb:


“Qeyd olunan əşyaları həmin şəxs çay, yağ və yuyucu tozu qutularına yerləşdirib və İran sərhədindən keçirmək üçün yük maşınına təhvil vermək istəyib”, – deyə o bildirib.

Teqlər: