Bu yaxınlarda Azərbaycan Prezidenti İlham Əliyevlə Qarabağdan olan insanları müzakirə etdik.
AzerTimes xəbər verir ki, bu sözləri Belarus lideri Aleksandr Lukaşenko deyib.
“Biz İlham Əliyevlə Dubayda Qarabağda olan insanlar haqqında da danışdıq. Əliyev dedi: “Biz heç kimə toxunmayacağıq. Əksinə, biz elə edəcəyik ki, hamı bizim sivil ölkə olduğumuzu başa düşsün”.
Mən Azərbaycanda vəziyyəti bilirəm, orada hakimiyyət çox güclüdür, bunu etməyə qadirdir – insanları dəstəkləməyə və yardım etməyə”, – Belarus prezidenti vurğulayıb.