Xəbər - Orxan Nəbiyev – Trend:
Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində dünyanın ən dərin hovuzu istifadəyə verilib.
AzerTimes-ın məlumatına görə, hovuzun dərinliyi 60 metr təşkil edir. Hovuzun dibində qədim şəhərin qalıqlarını xatırladan maket hazırlanıb.
Hovuzun hövzəsi 14 milon litr suyu əhatə edir ki, bu da 6 olimpiya hövzəsinin həcminə bərabərdir.
Turistlər üçün hovuza ziyarətin bir saatı təxminən 400 dollar təşkil edəcək.