Dubayın ən məşhur göydələn binalarından biri yanıb.
Yanağın 79 mərtəbəli yaşayaış kompleksi olan “Torch Tower”də başlayıb.
Yanağın binanın 9-cu mərtəbəsində başlayıb. Bir neçə dəqiqədə isə demək olar ki, bütün binanı bürüyüb.
Gecə saatlarında başlayan yanğının qarşısı almaq üçün hadisə yerində dörd yanğınsöndürmə stansiyasının heyəti cəlb edilib. Bir neçə saat davam edən işdən sonra alovu lokallaşdırmaq olub.
Hələlik xəsarət alanlar barədə məlumat verilmir. Bina sakinləri isə yaxınlıqdakı “Princess Tower”də yerləşdiriliblər.
Binanın hündürlüyü 330 metrdən çoxdur. Bu, şəhərin ən hündür göydələnləridən biridir. “Torch Tower”də baş verən ilk hal deyil. Sonuncu dəfə bina 2015-ci ilin fevralında yanmışdı. Elit binanın yüzlərlə sakinini alov yayılmadan evakuasiya etmək mümkün olmuşdu.