Dubay yeni terminalın tikintisinə 35 milyard ayırır

Dubay yeni terminalın tikintisinə 35 milyard ayırır

Dubay hakimiyyəti şəhərin cənub hissəsində yerləşən Əl-Məktum Beynəlxalq Hava Limanında yeni sərnişin terminalının tikintisinə 128 milyard dirhəm (34,8 milyard dollar) ayıracaq.

AzerTimes xəbər verir ki, bunu BƏƏ-nin Baş naziri Şeyx Məhəmməd bin Rəşid əl-Məktum deyib.

Onun sözlərinə görə, hava limanı ildə 260 milyondan çox sərnişin tutumu ilə dünyanın ən böyüklərindən birinə çevriləcək.

400 təyyarəni qəbul edə bilən yenilənmiş nəqliyyat qovşağının beş paralel uçuş-enmə zolağı ilə təchiz ediləcəyi gözlənilir:

“O, hazırkı Dubay Beynəlxalq Hava Limanından beş dəfə böyük olacaq. Yaxın illərdə Dubay Beynəlxalq Hava Limanının bütün əməliyyatları ona veriləcək”.

Teqlər: