Dubay Ermənistan təyyarəsinin enişinə icazə vermədi

Dubay Ermənistan təyyarəsinin enişinə icazə vermədi

Dubayın aviasiya rəhbərliyi Ermənistanın “FlyOne Ermənistan” şirkətinə məxsus sərnişin təyyarəsinin enişinə icazə verməyib.

AzerTimes xəbər verir ki, bu barədə şirkətdən məlumat verilib.

Şirkətin Direktorlar Şurasının sədri Aram Ananyanın sözlərinə görə, təyyarə İrəvana geri qayıdır.

“Bütün sənədlər qaydasındadır. Hadisənin səbəbini biz deyil, təyyarənin enməsinə icazə verməyənlər şərh etməlidir. Şirkət indi bu qərarın səbəblərini öyrənməyə çalışır”, – Ananyan bildirib.

Teqlər: