Laçın Rayon Polis Şöbəsi və Dövlət Təhlükəsizliyi Xidməti (DTX) Laçında birgə tədbirlər keçirib, çətənə bitkiləri aşkarlanıb.
Bu barədə AzerTimes-a Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Bərdə regional qrupundan məlumat verilib.
Bildirilib ki, Laçın Rayon Polis Şöbəsinin Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşları ilə birgə keçirdikləri tədbirlər nəticəsində rayonunun Qarıqışlaq kəndinin ərazisində, Həkəri çayının sahilində çətənə bitkiləri aşkar edilib.
Yabanı halda bitən ümumilikdə, çəkisi 2 ton 320 kiloqram olan 5158 ədəd çətənə bitkisi kökündən çıxarılaraq toplanılıb və yandırılma üsulu ilə məhv edilib.