DTX-nin saxladığı gömrükçülər barədə – Qərar

DTX-nin saxladığı gömrükçülər barədə – Qərar

Dövlət Gömrük Komitəsinin Enerji Resursları və Dəniz Nəqliyyatında Baş Gömrük İdarəsinin rəis müavini Rəşad Babayevin barəsində həbs qətimkan tədbirinin seçilməsi üçün istintaq orqanını təqdimatına baxılıb.

AzerTimes xəbər verir ki, Səbail rayon Məhkəməsində hakim İlkin Rüstəmlinin sədrliyi ilə baş tutan iclasda istintaq orqanını təqdimatı təmin olunub.

Onun barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib.

Bundan başqa, Səbail rayon Məhkəməsi tərəfindən həbs edilən DGK-nin Yol Vergiləri şöbəsinin rəis müavini Şükür Səfərovun barəsində də həbs qətimkan tədbirinin seçilməsi ilə bağlı istintaq orqanını təqdimatına baxılıb.

Məhkəmə təqdimatı təmin edib və Şükür Səfərov barəsində 4 aylıq həbs qətimkan tədbiri seçilib.

Hər iki şəxsin barəsində Cinayət Məcəlləsinin 311.3.1 (qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən rüşvət alma), 311.3.2 (rüşvət alma təkrar törədildikdə) və 311.3.3 (rüşvət alma külli miqdarda törədildikdə) maddələri ilə ittiham elan olunub.

Xatıladaq ki, ötən həftə adı çəkilən şəxslər Dövlət Təhlükəsizliyi Xidmətinin keçirdiyi əməliyyat nəticəsində saxlanılıblar.

Qeyd edək ki, bundan əvvəl “Azərterminalkompleks” birliyinin sabiq direktoru, gömrük general-mayoru Ehtiram Xəlilov barəsində də həbs qətimkan tədbiri seçilib.

Ehtiram Xəlilov 200 min manat rüşvət almaqda ittiham edilir.

Ehtiram Xəlilov Cinayət Məcəlləsinin 308.1-ci (Vəzifə səlahiyyətlərindən sui-istifadə), 311.3.2-ci (Rüşvət alma, təkrar törədildikdə) və 311.3.3-cü (Rüşvət alma, külli miqdarda törədildikdə) maddələri ilə ittiham edilir.

Teqlər: