DTX-nin Mədəniyyət Mərkəzində şəhid və qazi övladları üçün tədbir təşkil edilib (FOTO)

31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı münasibətilə Dövlət Təhlükəsizliyi Xidmətinin Mədəniyyət Mərkəzində Vətən müharibəsi şəhidlərinin və qazilərinin övladları üçün xüsusi proqram əsasında hazırlanmış uşaq tamaşası nümayiş etdirilib.

AzerTimes-ın Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) saytına istinadən məlumatına görə, tamaşa uşaqların böyük marağına səbəb olmuş, yüksək coşqu və sevinc hissi ilə qarşılanıb. Sonda uşaqlara bayram hədiyyələri təqdim edilib.


Teqlər: