DTX-nin Mədəniyyət Mərkəzində Novruz bayramı münasibətilə “Novbahar” adlı uşaq tamaşası nümayiş etdirilib (FOTO)

Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) Mədəniyyət Mərkəzində
Novruz bayramı münasibətilə tam yeni ssenari əsasında hazırlanan
“Novbahar” adlı uşaq tamaşası nümayiş etdirilmişdir.

Trend DTX-nin saytına istinadən xəbər verir ki, DTX-nin
əməkdaşlarının və Vətən müharibəsi şəhidlərinin azyaşlı övladları
üçün təşkil olunmuş bu musiqili tamaşada peşəkar aktyorlarla
yanaşı, Mədəniyyət Mərkəzində fəaliyyət göstərən “Vətən” teatr
studiyasının nümayəndələri də çıxış etmişlər.

Tamaşa uşaqlar tərəfindən böyük maraqla qarşılanmış və onlara
xoş təəssürat bağışlamışdır.

Teqlər: