Dövlət Təhlükəsizlik Xidmətinin əməkdaşları Ümummilli Liderin əziz xatirəsini yad ediblər.
AzerTimes-ın DTX-nın rəsmi saytına istinadən məlumatına görə, Müstəqil Azərbaycanın memarı və qurucusu Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 98-ci ildönümü ilə əlaqədar Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi general-polkovnik Əli Nağıyev və DTX-nin kollegiya üzvləri Fəxri xiyabana gələrək, Azərbaycan təhlükəsizlik orqanlarının fəxri rəhbəri, bu mühüm dövlət təsisatında milliləşmə prosesinin və peşəkarlıq məktəbinin banisi Ulu Öndər Heydər Əliyevin əziz xatirəsini yad ediblər.
Görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi ehtiramla anılmış, məzarı üzərinə gül dəstələri düzülüb.