DTX əməkdaşları “Heydər zirvəsi”nə yürüş təşkil ediblər (FOTO)

Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 99-cu ildönümü
münasibətilə Dövlət Təhlükəsizliyi Xidmətinin bir qrup əməkdaşı Ulu
Öndərin adını daşıyan, Böyük Qafqaz sıra dağlarının Başdağ
silsiləsinin Qızıl Qaya massivində, dəniz səviyyəsindən 3751 metr
hündürlükdə yerləşən “Heydər zirvəsi”nə yürüş təşkil etmişdir.

AzerTimes-ın Dövlət
Təhlükəsizliyi Xidmətinin (DTX) saytına istinadən məlumatına görə,
yürüş iştirakçıları Qızıl Qaya massivinin ətəklərində düşərgə
salaraq, tam heyətdə müəyyən olunmuş marşrut üzrə “Heydər
zirvəsi”nə qalxmışlar. Ümummilli Liderin barelyefi önündə onun əziz
xatirəsini dərin ehtiramla yad edən heyət orada Azərbaycan
Respublikasının Dövlət Bayrağını ucaltmışdır.

Teqlər: