Vətən müharibəsinin ildönümü münasibətilə sentyabrın 28-də Dövlət Sərhəd Xidmətinin (DSX) rəisi general-polkovnik Elçin Quliyev və qurumun rəhbər heyəti İkinci Şəhidlər xiyabanını ziyarət ediblər.
DSX-dən Trend-ə bildirilib ki, ölkəmizin ərazi bütövlüyünün bərpa edilməsi, torpaqlarımızın işğaldan azad olunması uğrunda şəhadətə qovuşmuş Vətən övladlarının əziz xatirəsi ehtiramla yad edilmiş, məzarları üzərlərinə gül dəstələri düzülüb.