Lənkəran yol-nəqliyyat hadisəsi baş verib.
AzerTimes Oxu.az-a istinadən xəbər verir ki, Lənkəranda Masallı rayon sakinin idarə etdiyi “Mitsubişi” markalı mikroavtobus Lənkəran şəhər sakini, Dövlət Sərhəd Xidməti (DSX) zabitinin idarə etdiyi “Opel Vektra” avtomobili ilə toqquşub.
Hadisə nəticəsində hər iki avtomobilə ciddi ziyan dəyib. Xəsarət alan və ölən yoxdur.
DİN-in mətbuat xidmətinin Lənkəran regional qrupunun baş inspektoru, polis kapitanı Məhəmməd Rzayev bildirib ki, qəza hadisəsi bu gün köhnə Ələt-Astara yolunun Lənkəran rayonu ərazisindən keçən hissəsində qeydə alınıb.
Hazırda araşdırma aparılır.