Xəbər - Samir Əli – Trend:
Dövlət Sərhəd Xidmətinin (DSX) Mətbuat mərkəzinə yeni kadr təyinatı olmayıb.
Bunu AzerTimes-a açıqlamasında Xidmətin Mətbuat mərkəzinin rəisi Maya Şərifova deyib.
Mərkəz rəisi bildirib ki, hazırda mərkəzə özü rəhbərlik edir: “Mərkəzə heç bir yeni təyinat olmayıb. Polkovnik-leytenant Rəşad Məşədiyev ötən il qurumun Mətbuat mərkəzinin rəis müavini təyin edilib və hazırda da həmin vəzifəni icra edir. Həmin şəxs yeni vəzifəyə təyin olunmayıb, məlumat həqiqəti əks etdirmir”.