Bakıda qəza törədən xanım sürücü hadisə yerindən yayınıb.
AzerTimes Avtosfer.az-a istinadla xəbər verir ki, bununla bağlı zərərçəkmiş sürücü görüntü yayıb.
Belə ki, 99 RL 370 qeydiyyat nişanlı VAZ markalı avtomobilin sürücüsü 77 GH 786 qeydiyyat nişanlı KİA markalı avtomobili arxadan vurub. Lakin xanım sürücü qəza törətmədiyini iddia edərək hadisə yerindən yayınmağa çalışıb.
Zərərçəkən sürücü onun videosunu qeydə alan zaman, xanım sürücü nalayiq hərəkətlər edərək oradan uzaqlaşıb.
Qeyd edək ki, qəzaya səbəb olan xanım sürücünün Dövlət Sərhəd Xidmətinin əməkdaşı olduğu bildirilir.
Sözügedən videonu təqdim edirik: