DSX-nin iki generalı ehtiyata buraxılıb

Dövlət Sərhəd Xidmətinin (DSX) iki generalı ehtiyata buraxılıb.

AzerTimes-ın məlumatına görə, DSX-nin aparatında Azərbaycan Sərhəd Müha­fizə­si­nin 102-ci ildönümü münasibətilə keçirilən mərasimdə DSX rəisinin Silahlı Qüvvələrin ehtiya­tına buraxılmış sabiq müavinləri general-leytenant Azad Ələkbərov və general-leytenant İsmayıl Əkbərov Dövlət Sərhəd Xidmətinin döyüş bayrağı ilə vidalaşıblar.


Tədbir zamanı Prezident İlham Əliyevin 17 avqust tarixli Sərəncamları şəxsi heyətə elan edilib, zabitlərə ali hərbi rütbələr təqdim olunub, Azərbaycan Respublikasının ərazilərinin işğaldan azad olunması və ərazi bütövlüyünün bərpa edilməsi zamanı döyüş əməliyyatlarına yüksək peşəkarlıqla rəhbərlik edib, döyüşlər zamanı şəxsi igidlik və şücaət göstərdiklərinə görə təltif olunmuş hərbi qulluqçulara orden və medallar təqdim edil­ib.

Teqlər: