Aprel ayının 22-də Dövlət Sərhəd Xidmətinin (DSX) Göytəpə
şəhərində yerləşən hərbi hissəsində gənc əsgərlərin andiçmə
mərasimi keçirilib.
DSX-dən AzerTimes-a bildirilib ki, gənc əsgərlər təntənəli şəkildə
hərbi anda gətirildikdən sonra Dövlət Sərhəd Xidmətinin rəisi
general-polkovnik Elçin Quliyevin təbriki şəxsi heyətə
çatdırılıb.
Çıxış edənlər gənc əsgərlərin Dövlət Sərhəd Xidmətinin heyəti
sırasına daxil olmalarının sərhəd mühafizəsi tarixinin şanlı
dövrünə təsadüf etdiyini vurğulayıb, Azərbaycan
Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş
Komandanı cənab İlham Əliyevin rəhbərliyi altında Vətən
Müharibəsində işğalçı düşmən qüvvələrinə qarşı mətinliklə
döyüşmüş sərhədçilərin müqəddəs torpaqlarımızda dövlət
sərhədlərinin toxunulmazlığını ən yüksək səviyyədə təmin
etdiklərini bildiriblər.
Tədbirdə Vətənə, dövlətə sədaqət andı içərək müqəddəs
sərhədlərimizi şərəflə qorumaq məsuliyyətini öz üzərinə götürən
gənc əsgərlərin hərbi anda daim sadiq qalacaqlarına əminlik ifadə
olunaraq onlara müvəffəqiyyətlər arzulanıb.
Andiçmə mərasimi gənc əsgərlərin təntənəli marşla tribuna
önündən keçidi ilə başa çatıb.