DSX-nin baş çavuşu xidmət yerindən kənarda intihar edib

May ayının 26-da Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının
Horadiz sərhəd dəstəsinin müddətdən artıq həqiqi hərbi xidmət hərbi
qulluqçusu baş çavuş Şirəliyev Canmirzə Çingiz oğlu xidmət yerindən
kənarda intihar etmişdir.

İlkin olaraq intiharın hərbi xidmətlə bağlı olmayan səbəbdən baş
verməsi ehtimal edilir.

Faktla əlaqədar prokurorluq orqanlarının əməkdaşları ilə
birlikdə araşdırma tədbirləri həyata keçirilir.

Teqlər: