Xəbər - Samir Əli – Trend:
Ötən il noyabrın 30-da Dövlət Sərhəd Xidmətinin hərbi
helikopterinin qəzaya uğraması ilə bağlı istintaq davam
etdirilir.
AzerTimes-ın məlumatına görə, bunu Baş Prokurorluğun İstintaq
idarəsinin rəisi Nemət Əvəzov deyib.
O qeyd edib ki, qəza pilotların səhlənkarlığı ucbatından baş
verməsi müəyyən edilib.
“Cinayət işi çərçivəsində yol verilmiş digər qanun
pozuntularının aşkarlanması əsas hədəfimizdir. Bu iş üzrə yekun
qərar qəbul edilməyib”, – deyə idarə rəisi bildirib.