DSX-də generalların sayı 35-ə çatdı – Siyahı

DSX-də generalların sayı 35-ə çatdı – Siyahı

Xəbər verdiyimiz kimi, bu gün Prezident İlham Əliyevin sərəncamı ilə polkovnik Babək Ələkbərov və polkovnik Zaur Zeynalova “general-mayor” ali hərbi rütbəsi verilib.

AzerTimes Unikal-a istinadən DSX generallarının siyahısını təqdim edir:

1) General-polkovnik Elçin Quliyev – DSX-nin rəisi;

2) General-leytenant Rəşad Sadiqov – DSX rəisinin birinci müavini – Baş Qərargah rəisi;

3) General-leytenant İlham Mehdiyev – DSX rəisinin müavini, Vətən Müharibəsi Qəhrəmanı;

4) General-leytenant Firuz Şirinzadə – DSX rəisinin müavini;

5) General-leytenant Əfqan Nağıyev – DSX rəisinin müavini;

6) General-leytenant Abbas Xəlilov – DSX rəisinin müavini;

7) General-leytenant Araz Məmmədov – DSX rəisinin müavini – Sərhəd Qoşunlarının Komandanı;

8) General-leytenant Əsgər Xəlilov – DSX rəisinin müşaviri;

9) General-leytenant Elçin İbrahimov – DSX-nin Aparat rəhbəri;

10) General-leytenant Ehram Hacıyev – Çevik Hərəkət Qüvvələrinin sabiq komandanı;

11) General-leytenant İsmayıl Əkbərov – DSX rəisinin sabiq müavini;

12) General-leytenant Azad Ələkbərov – DSX rəisinin sabiq müavini;

13) General-leytenant Fərhad Tağızadə – DSX rəisinin sabiq müavini;

14) General-leytenant Niyaməddin Tağıyev – DSX-nin idarə rəisi;

15) General-leytenant Rəsul Tağıyev – DSX rəisinin şəxsi heyətlə iş üzrə rəis müavini;

16) General-leytenant Müzəffər Pirizadə – DSX Sahil Mühafizəsinin rəisi;

17) General-leytenant Asif Cəbrayılov – DSX rəisinin əməliyyat-axtarış işi üzrə sabiq müavini-Baş Əməliyyat-Axtarış İdarəsinin rəisi;

18) General-leytenant Cavid Abdullayev – DSX-nin Maddi-Texniki Təminat Baş idarəsinin rəisi;

19) General-leytenant Elşən Verdiyev – DSX-nin Akademiyasının sabiq rəisi;

20) General-mayor Babək Qurbanov – Vətən Müharibəsi Qəhrəmanı;

21) General-mayor Ramin Bağırov – Vətən müharibəsinin komandanlarından biri;

22) General-mayor Ayaz Hüseynov – DSX-nin Kadrlar şöbəsinin sabiq rəisi;

23) General-mayor Faiq Məmmədov;

24) Kontr-admiral (ekvivalent rütbə general-mayor) Ziyad Ağayev;

25) Kontr-admiral (ekvivalent rütbə general-mayor) Abbas Qiyasov;

26) General-mayor Azər İbrahimov – DSX-nin Akademiyasının rəisi;

27) General-mayor Aqşin Məhərrəmov – Vətən müharibəsinin komandanlarından biri;

28) General-mayor Vüsal Sultanov – Vətən Müharibəsi Qəhrəmanı;

29) General-mayor Azad Abdullayev;

30) General-mayor Aqil Babayev;

31) General-mayor Natiq Abuzərli;

32) General-mayor Misir Əliyev;

33) General-mayor Zaur Niftullayev;

34) General-mayor Zaur Zeynalov;

35) General-mayor Babək Ələkbərov – DSX-nin Çevik Hərəkət Qüvvələrinin komandanı, Vətən Müharibəsi Qəhrəmanı;

Xatırladaq ki, avqustun 18-də Dövlət Sərhəd Xidmətinin əməkdaşlarının peşə bayramıdır. Belə ki, Azərbaycan Sərhəd Mühafizəsinin yaranmasından 104 il ötür.

Teqlər: