DSX bu yol üçün İrəvana vaxt verdi – Ekspert

DSX bu yol üçün İrəvana vaxt verdi – Ekspert

Erməni mətbuatı aparılan delimitasiya işləri barədə yaydığı məlumatda müəyyən təhriflərə yol verib.

Bu sözləri AzerTimes-a açıqlamasında hərbi ekspert Ədalət Verdiyev deyib.

Hərbi ekspert erməni mətbuatının dezinformasiyasının mənasız və nəticəsiz addım olduğunu vurğulayıb:

“Məlumatda Dövlət Sərhəd Xidmətinin Müdafiə Nazirliyinin tabeliyində olduğu bildirilib. Lakin DSX birbaşa Prezident İlham Əliyevə tabedir. Digər tərəfdən Azərbaycanın sərhədin Kirants kəndi yaxınlığındakı hissəsindən qısa müddət ərzində erməni avtomobillərinin keçidinə icazə verməsi də mümkündür. Bu, böyük ehtimal orada aparılan yol tikintisi ilə əlaqədardır. Belə ki, Ermənistan və Gürcüstanı birləşdirən magistral yol və körpü Kirants və Xeyrimli kəndlərinin arasından keçir. Delimitasiya nəticəsində həmin yolun 750 metrlik hissəsi ölkəmizə keçib. Ona görə də Ermənistan o yolu artıq çəkilməyə başlanan alternativ yolla birləşdirməyə məcburdur. Bunun üçün də müəyyən vaxt lazımdır”.

Qeyd edək ki, aparılan delimitasiya işləri nəticəsində 12,7 km uzunluğunda sərhəd xətti müəyyən edilib və bununla Azərbaycan Respublikasının Qazax rayonunun 4 kəndinin – Bağanıs Ayrım, Aşağı Əskipara, Xeyrimli və Qızılhacılının ərazilərinin (6,5 km2) Azərbaycana qaytarılması təmin olunub.

Teqlər: