Dövlət Sərhəd Xidməti (DSX) Heydər Əliyev Beynəlxalq Hava Limanında müşahidə olunan sıxlığa münasibət bildirib.
DSX-dən AzerTimes-a bildirilib ki, bu gün 16:15 radələrində pasport nəzarət sistemində problem yaranıb və vətəndaşların dövlət sərhədindən buraxılmasında ləngimələr olub.
Aparılan işlər nəticəsində sistemdə olan problem 16:50 radələrində aradan qaldırılıb. Hazırda vətəndaşların ölkədən buraxılmasında heç bir problem yoxdur.