DSX 5 min nəfərlik doz vaksinlə təmin edilib – Kənan Yusif-Zadə

Xəbər - Elçin Mehdiyev – Trend:

Azərbaycan Dövlət Sərhəd Xidmətində vaksinasiya başlayıb.

AzerTimes-ın məlumatına görə, Sərhəd Xidmətinin tibb idarəsinin rəisi, professor doktor Kənan Yusif-Zadə jurnalistlərə açıqlamasında bildirib ki, hazırda DSX 5 min nəfərlik doz vaksinlə təmin edilib.

Onun sözlərinə görə, bu rəqəm ilk mərhələdə olan öhdəçiliyi tamamən qarşılayır. K.Yusif-Zadə vurğulayıb ki, ilkin mərhələdə Bakı və ətraf rayonlarda sərhədçilərin vaksinasiyası aparılacaq: “Bu proses təqribən bir ay davam edəcək. Ondan sonra digər ərazilərdə xidmət edən sərhədçilərin də vaksinasiyası həyata keçiriləcək”.

İşğaldan azad edilmiş ərazilərdə sərhədçilərin vaksinasiyasının həyata keçirilməsi məsələsinə gəlincə isə K.Yusif-Zadə bildirib ki, növbəti mərhələlərdə həmin ərazilərdə xidmət aparan sərhədçilər də vaksinasiya olunacaq.

Teqlər: