Xəbər - Çingiz Səfərli – Trend:
Dövlət Sosial Müdafiə Fonduna (DSMF) qarşı məhkəmə işlərinin sayı 3 dəfəyə yaxın azalıb.
Trend xəbər verir ki, bunu DSMF-nin “Sosial saat” verilişində çıxışı zamanı Fondun Məhkəmə Mübahisələri ilə İş üzrə Mərkəzi Filialının direktoru Abuzər Mütəllimov deyib.
Onun sözlərinə görə, bu, işə yanaşmanın, vətəndaşa münasibətin dəyişməsindən qaynaqlanır:
“Əgər 2017-2018-ci illərdə Dövlət Sosial Müdafiə Fonduna qarşı qaldırılan iddiaların sayı 10 min idisə, bu gün həmin işlərin sayı 3 dəfəyə yaxın azalıb. Hazırda Məhkəmə Mübahisələri ilə İş üzrə mərkəzi filialın icraatında təxminən 1500-1700 aktiv iş var. Hər bir halda məhkəmə qərarlarına hər iki tərəfin iştirakı ilə obyektiv baxılması təmin olunur”.
Twitter: @cingizsafarli