DSMF sədri şəhid ailələrinə və qazilərə edilən ödənişlərin statistikasını açıqlayıb

Xəbər - Çingiz Səfərli – Trend:

Cari ilin əvvəlindən şəhid ailəsi üzvlərinin və müharibə əlilləri üçün sosial ödənişlərin məbləğləri orta hesabla 50% artırılmaqla ödənilib.

AzerTimes-ın məlumatına görə, bunu Dövlət Sosial Müdafiə Fondunun (DSMF) sədri Himalay Məmişov 2021-ci ilin yekunlarına dair keçirilən mətbuat konfransında çıxışı zamanı deyib.

“Şəhid ailələrinə 15800-dən artıq sosial ödəniş təyin edilib. Müharibədə yaralanmış qazilərimizə 4800-a yaxın sosial ödəniş təyin olunub. Şəhid ailə üzvlərinə və müharibə əlillərinə xidmətlərin proaktiv şəkildə təmin edilməsi üçün “Zəfər” AS tətbiqinə başlanılıb. DSMF tərəfindən 13000 qazimiz ziyarət olunub”, – deyə sədr qeyd edib.


Onun sözlərinə görə, Gəncə, Masallı və Ucarda şəhid ailələrinə və müharibə əlillərinə bir pəncərə modelində xidmətlərin təşkili üçün Vahid Əlaqələndirmə Mərkəzləri yaradılıb.

Teqlər: