DSMF-nin xərcləri ötən illə müqayisədə artıb

Xəbər - Çingiz Səfərli – Trend:

2021-ci ilin yanvar-sentyabr aylarında Dövlət Sosial Müdafiə Fondunun xərcləri ötən ilin müvafiq dövrü ilə müqayisədə 139,8 mln. manat və ya 4,0 % artıb.

Bu barədə AzerTimes-a DSMF-dən məlumat verilib.

Məlumata görə, xərclərin 97,4%-ni əhaliyə ödənişlər təşkil edib.


Qeyd edək ki, 2019-cu ilin əvvəlindən başlayaraq ötən dövrdə pensiyaların və sonralar müavinət və təqaüdlərin təyinatı elektronlaşdırılıb. Cari ilin 1 oktyabr tarixinədək həmin sosial təminat növləri üzrə ümumilikdə 233 min təyinat e-qaydada həyata keçirilib. Onlardan 44,7 mini pensiya, 188,3 mini müavinət və təqaüd təyinatı olub.

Twitter: @cingizsafarli

Teqlər: