DSMF-nin xərcləri 6% artıb

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki
Dövlət Sosial Müdafiə Fondunun xərcləri bu ilin yanvar-aprel
aylarında 1 mlrd. 767 mln. manat təşkil edib.

Trend bu barədə Fonda istinadən xəbər verir.

Bu da ötən ilin müvafiq dövrünə nisbətən 6 faiz və ya 101 mln.
manat çoxdur.

DSMF-nin xərclərinin artmasının əsasında pensiya, müavinət,
təqaüd və ünvanlı sosial yardım üzrə ödənişlərin mütəmadi artımı,
sosial təminat sisteminin əhatə dairəsinin mütəmadi genişlənməsi
dayanır.

Teqlər: