DSMF-nin gəlirləri 9,5 faiz artıb

Aparılan sosial-iqtisadi islahatların müsbət nəticələri Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Sosial Müdafiə Fondunun (DSMF) gəlirlərində davamlı artım tempinə imkan verib.

Nazirlikdən AzerTimes-a verilən məlumata görə, 2021-ci ilin yanvar-oktyabr aylarında da DSMF-nin gəlirləri ötən ilin müvafiq dövrünə nisbətən 9,5% və ya 380 mln. manat artaraq 4 372 mln. manat təşkil edib.

Bu dövrdə Fondun xərcləri 4 054 mln. manat olub ki, bu da ötən ilin müvafiq dövrünə nisbətən 3,7% və ya 146 mln. manat çoxdur. Həmin xərclərin 97%-ni əhaliyə ödənişlər təşkil edib.

Teqlər: