DSMF-nin gələn il üzrə büdcə layihəsi ikinci oxunuşda qəbul edilib

Xəbər - Elçin Mehdiyev – Trend:

“Dövlət Sosial Müdafiə Fondunun 2022-ci il büdcəsi haqqında” qanun layihəsi parlamentin bu gün keçirilən iclasında müzakirəyə çıxarılıb.

AzerTimes-ın məlumatına görə, müzakirələrdən sonra qanun layihəsi səsverməyə qoyularaq ikinci oxunuşda qəbul edilib.

Qeyd edək ki, Dövlət Sosial Müdafiə Fondunun (DSMF) 2022-ci il büdcəsinin gəlirləri 5 milyard 306 milyon 770 072 manat, xərcləri 5 milyard 306 milyon 770 072 manat məbləğində müəyyən edilib.

Teqlər: