Xəbər - Elçin Mehdiyev – Trend:
Dövlət Sosial Müdafiə Fondunun (DSMF) büdcəsinin gəlirləri və xərcləri məlum olub.
AzerTimes-ın məlumatına görə, bu barədə “Sosial təminatı və sosial müdafiəni həyata keçirən müvafiq icra hakimiyyəti orqanının 2022-ci il büdcəsi haqqında” qanun layihəsində əksini tapıb.
Qanun layihəsinə əsasən, gələn il üçün Dövlət Sosial Müdafiə Fondunun (DSMF) büdcəsinin gəlirləri və xərcləri 5 milyard 306 milyon 770 min 072 manat həcmində nəzərdə tutulub.
Qeyd edək ki, DSMF-nin 2021-ci il büdcəsinin gəlirləri 5 146 030 160,0 manat, xərcləri 5 146 030 160,0 manat məbləğində olub.