Xəbər - Ceyhun Ələkbərov – Trend:
Əmək bazarında şəffaflaşma nəticəsində məcburi dövlət sosial sığorta ödənişləri üzrə daxilolmalar artıb və Dövlət Sosial Müdafiə Fondunun (DSMF) büdcə asılılığı azalıb.
AzerTimes-ın məlumatına görə, bunu İqtisadiyyat naziri Mikayıl Cabbarov deyib.
Onun sözlərinə görə, 2017-ci ildə büdcədən maliyyələşmənin xüsusi çəkisi 38,1% idisə, 2020-ci ildə bu göstərici 25%-dən azdır.