DSMF-nin bu il əhaliyə ödədiyi vəsaitin məbləği açıqlanıb

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki
Dövlət Sosial Müdafiə Fondu tərəfindən 2022-ci ilin yanvar-aprel
aylarında pensiya, müavinət, təqaüd, ünvanlı dövlət sosial yardımı
üzrə əhaliyə 2 mlrd.188 mln. manat vəsait ödənilib.

Bu barədə AzerTimes-a Əmək və Əhalinin Sosial Müdafiəsi
Nazirliyindən bildiriblər.

Bu da ötən ilin eyni dövrünə nisbətən 8 faiz və ya 162,5 mln.
manat çoxdur.

Xatırladaq ki, sosial islahatların yeni mərhələsi kimi, cari
ilin əvvəlindən əmək haqqı, pensiya və müavinətlərin, təqaüdlərin
növbəti dəfə artırılması təmin olunub.

Teqlər: