Vahid Əlaqələndirmə Mərkəzlərinin (VƏM) yaradılması vətəndaşların daha çox müraciət etdiyi regionlar üzrə müəyyən edilir.
AzerTimes xəbər verir ki, bu barədə Dövlət Sosial Müdafiə Fondunun sədri Himalay Məmişov deyib.
O bildirib ki, şəhid ailələri və müharibə əlilləri tərəfindən müraciətlər olarsa, Naxçıvan Muxtar Respublikasında da Vahid Əlaqələndirmə Mərkəzi yaradıla bilər.
Qeyd edək ki, hazırda Dost Mərkəzləri və DSMF regional ərazi filialları daxil olmaqla ölkə üzrə 11 VƏM fəaliyyət göstərir.