DSMF beynəlxalq mükafata layiq görülüb (FOTO)

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki
Dövlət Sosial Müdafiə Fondu (DSMF) Böyük Britaniyada keçirilən
“Dövlət sektorunda transformasiyaya görə beynəlxalq mükafat”
müsabiqəsinin “2022-ci ilin Beynəlxalq Dövlət Qurumu” ali
mükafatına layiq görülüb.

Mükafat Fondun İdarə Heyətinin sədri Himalay Məmişova təqdim
edilib.

“2022-ci ilin Beynəlxalq Dövlət Qurumu” mükafatını qazanmaq
məqsədilə müsabiqədə Azərbaycanla yanaşı, İtaliya, Almaniya,
İsrail, BƏƏ, Yunanıstan və digər ölkələrin dövlət qurumları da
iştirak edib.

DSMF tərəfindən müsabiqəyə təqdim edilən iş Azərbaycanda sosial
təminat idarəçilyinin mərkəzləşdirilməsi sahəsində son illər
aparılan islahatlarla bağlı olub.

Münsiflər heyəti tərəfindən ölkəmizin bu sahədə islahat
təcrübəsi yüksək dəyərləndirilib və DSMF müsabiqənin “2022-ci ilin
Beynəlxalq Dövlət Qurumu” mükafatına layiq görülüb.

Müsabiqənin yekunlarına əsasən bir neçə kateqoriya üzrə
mükafatlandırma da həyata keçirilib. Həmçinin “İlin xidmətləri”
nominasiyası üzrə “2022-ci ilin Yanğınsöndürmə və Xilasetmə
Xidməti”, “2022-ci ilin Polis Xidməti”, “2022-ci ilin Bələdiyyəsi”
və “2022-ci ilin Beynəlxalq Dövlət Qurumu” ali mükafatları təqdim
edilib.

Teqlər: